Şrift:
Karate üzrə Azərbaycan yığması beynəlxalq turniri bir medalla başa vurub
29.01.2024 [10:17] - Gündəm, İdman
Karate üzrə Azərbaycan milli komandasının üzvü Fidan Teymurova Fransada keçirilən Premyer Liqa turnirində üçüncü yeri tutub.

Federasiyadan verilən məlumata görə, karateçi 50 kiloqram çəki dərəcəsində bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, dünən başa çatan turnirdə Azərbaycan 7 idmançı ilə təmsil olunub. Yığma yarışı bir medalla tamamlayıb.
Bu xəbər oxucular tərəfindən 527 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed