Şrift:
İstanbulda kilsədə silahlı insident törədənlər saxlanılıb
29.01.2024 [10:23] - Türk dünyası-Turan
İstanbulda yerləşən Santa Mariya kilsəsində silahlı insident törədən iki şübhəli saxlanılıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial media hesabında bildirib.

Nazir şübhəlilərin saxlanılmasında iştirak edən təhlükəsizlik qüvvələrini keçirdikləri uğurlu əməliyyat səbəbilə təbrik edib.

Xatırladaq ki, yanvarın 28-də yerli vaxtla saat 11:40 radələrində İstanbulda yerləşən Santa Mariya kilsəsində xristian ənənələrinə məxsus bazar ibadəti zamanı silahlı insident baş verib. Hadisə zamanı bir nəfər ölüb.
Bu xəbər oxucular tərəfindən 962 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed