Şrift:
Venesuela və Türkiyə anlaşma memorandumu imzalayıb
31.01.2024 [10:04] - Türk dünyası-Turan
Venesuela və Türkiyə neft və təbii qaz yataqlarında əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb.

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Venesuelanın vitse-prezidenti Delsi Rodriges ilə görüşüb.

İki ölkə arasında enerji əməkdaşlığını daha da gücləndirmək üçün ikitərəfli görüş keçirilib.

İki tərəfin nümayəndə heyətləri arasında keçirilən görüşdən sonra Venesuela və Türkiyə neft və təbii qaz sahələrində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar.
Bu xəbər oxucular tərəfindən 834 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed