Şrift:
Bugün Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın iclası keçiriləcək
31.01.2024 [10:20] - Xəbərlər, Gündəm, Siyasət
Bugün Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçiriləcək.

Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.


Görüşə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryan sədrlik edəcək.

Tərəflərin iştirakı ilə əvvəlki görüş 2023-cü il noyabrın 30-da sərhəddə baş tutub.
Bu xəbər oxucular tərəfindən 569 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed