Şrift:
AVRO-2024: Milli komandaların baza düşərgələri açıqlanıb
02.02.2024 [09:59] - Gündəm, İdman
Bu il Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatına vəsiqə qazanan milli komandaların baza düşərgələri təsdiqlənib.

Final mərhələsində iştirakı dəqiqləşən 21 ölkə yığmasının Almaniyanın hansı bölgəsində hazırlaşacağı bəlli olub.

F qrupunda mübarizə aparacaq Türkiyə yığması Barzinqhauzen şəhərində məskunlaşacaq.

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində təşkil olunacaq. Turnirin açılış matçı ev sahibi komanda ilə Şotlandiya arasında oynanılacaq.

Digər komandaların baza düşərgələri aşağıdakı kimidir:

Albaniya – Kamen

Avstriya - Berlin

Belçika - Lüdviqsburq

Xorvatiya – Noyruppin

Çexiya - Norderştedt

Danimarka - Froydenştadt

İngiltərə - Blankenhayn

Fransa - Paderborn

Almaniya - Hertsogenaurax

Macarıstan – Vayler-Zimmerberq

İtaliya - İzerlon

Niderland – Volfsburq

Portuqaliya - Xarzevinkel

Rumıniya - Vürtsburq

Şotlandiya - Qarmiş-Partenkirhen

Serbiya – Auqsburq

Slovakiya – Maynts

Sloveniya – Vuppertal

İspaniya - Donaueşingen

İsveçrə – Ştutqart

Türkiyə – Barzinqhauzen
Bu xəbər oxucular tərəfindən 628 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed