Şrift:
İspaniya La Liqası: “Real Madrid” turnir cədvəlində liderliyə yüksəlib
02.02.2024 [10:03] - Gündəm, İdman
Fevralın 1-də futbol üzrə İspaniya La Liqasında təxirə salınan bir oyun keçirilib.

“Real Madrid” səfərdə “Xetafe” ilə qarşılaşıb.

Görüş qonaqların 0:2 hesablı qələbəsi ilə başa çatıb. “Kral klubu”nun heyətində Xoselu dubl edib.

Bu qələbədən sonra xallarının sayını 57-yə çatdıran Karlo Ançelottinin yetirmələri liderliyi ələ keçiriblər. İkinci pillədə qərarlaşan “Jirona”nın 55 xalı var.

Hesablarında 47 xal olan “Atletiko Madrid” və “Barselona” 3-4-cü pillələrdə qərarlaşıblar.
Bu xəbər oxucular tərəfindən 606 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed