Şrift:
Azərbaycanda prezidentliyə namizədlərin seçkiqabağı təşviqatı başa çatıb
06.02.2024 [10:37] - Xəbərlər, Gündəm, Siyasət
Fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat üçün ayrılmış müddət başa çatıb.

Qanunvericiliyin tələbinə əsasən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır.

Bu müddət ərzində namizədlər təşviqat üçün qanunda nəzərdə tutulmuş vasitələrdən istifadə ediblər.

Qeyd edək ki, MSK tərəfindən 7 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 423 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed