Şrift:
Pakistanda parlament seçkiləri keçiriləcək
08.02.2024 [11:11] - Siyasət
Pakistanda fevralın 4-də parlament seçkiləri keçiriləcək.

44 partiya seçkilərdə iştirakını təsdiqləyib, bu partiyaların 5 mindən çox nümayəndəsi Milli Assambleyada (Pakistan parlamentinin aşağı palatası) 266 yer uğrunda mübarizə aparacaq. Daha 70 yer qadınlar və azlıqlar nümayəndələri üçün ayrılıb.

Bu dəfəki seçkilərdə 128,5 milyon insan səs verəcək.

Seçkilərdən sonra yeni parlament Pakistanın yeni baş nazirini seçmək məsuliyyətini daşıyacaq. Əgər heç bir partiya qeyd-şərtsiz səs çoxluğu əldə edə bilməsə, o zaman səsvermənin nəticələrinə əsasən ən yaxşı nəticə göstərən partiya koalisiya yaratmaq hüququ qazanacaq.
Bu xəbər oxucular tərəfindən 431 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed