Şrift:
Ermənistan yenə Azərbaycan qazından danışır
09.02.2024 [10:39] - Gündəm, Siyasət
Ermənistanda Azərbaycandan təbii qazın tədarükü məsələsi yenidən gündəmə gəlib.

Erməni KİV-lərinin yazdığına görə, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Bakı və İrəvanın müzakirələrində hələlik bu mövzuya toxunulmadığını qeyd edib.

Nazirlik bəyan edib ki, Ermənistan və Azərbaycanın qaz nəqli sistemləri bir-birinə aşağıdakı magistral qaz kəmərləri vasitəsilə birləşdirilib:

Qazax-İrəvan, diametri 1000 mm, 6 km bərpa edilməlidir;

İlyiçevsk-İrəvan, diametri 700 mm, 22 km bərpa edilməlidir;

Qoris-Naxçıvan, diametri 700 mm, 16,5 km hissəsi bərpa olunmalıdır.

Ötən ilin payızında ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan siyasi məsələlər həll olunarsa, Ermənistanın Azərbaycandan qaz kəmərlərini bərpa etməyə hazır olması barədə danışıb.

Ermənistanla Azərbaycan arasında qaz kəmərlərinin bərpasını Cənubi Qafqazda kommunikasiyaların açılması kontekstində nəzərdən keçirmək olar. Azərbaycan isə Ermənistandan fərqli olaraq 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bu bəndinin həyata keçirilməsinə hər cür töhfə verir. O cümlədən, Azərbaycan tərəfi Zəngəzur dəhlizinin bərpası istiqamətində fəal iş aparır. Ermənistan tərəfi bu istiqamətdə konkret addımlar atmaqdan hər vəchlə yayınır, bu cür davranışları əsassız “qorxularla” əsaslandırır. Belə olan halda belə bir sual yaranır: Ermənistan tərəfi hər şeyi kağız üzərində qoymaq istəyirsə, indi qaz kəmərlərinin bərpasını müzakirə etməyə dəyərmi?
Bu xəbər oxucular tərəfindən 249 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed