Şrift:
NATO-ya üzv ölkələri müdafiə xərclərini artıracaq
14.02.2024 [10:41] - Gündəm
NATO çərşənbə günü 18 üzvünün müdafiə xərclərinin 2024-cü ildə ÜDM-in 2 faizi hədəfinə çatacağını və ya onu keçəcəyini elan edəcək.

Bu barədə "Financial Times" qəzeti NATO-dakı mənbələrə istinadən bildirib.

"NATO müttəfiqlərinin təxminən üçdə ikisinin 2024-cü ildə 2 faizlik hədəfə çatacağını gözləyir", - deyə qeyd olunub.

2016-cı ildə yalnız beş alyans üzvü ÜDM-in 2 faizdən çoxunu müdafiə ehtiyaclarına ayırıb. 2022-ci ilin sonunda belə ölkə 7 idisə, 2023-cü ildə bu rəqəm 11-ə çatıb.
Bu xəbər oxucular tərəfindən 226 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed