Şrift:
Slovakiya Ukraynaya 10 ton humanitar yardım göndərib
14.02.2024 [10:47] - Gündəm
Slovakiya Ukraynaya daha bir humanitar yardım göndərib.
Bu barədə "pravda.sk" xəbər portalı bildirib.

Məlumata əsasən, Slovakiya Daxili İşlər Nazirliyinin xətti ilə Ukraynaya 4 ədəd transformator və “Devit” vitamini göndərilib. Yükün ümumi çəkisi 10 ton, dəyəri isə 157 649 avro təşkil edib.

Humanitar yardım Ukraynaya Avropa Komissiyasının mexanizmləri ilə çatır və Komissiya daşınması xərclərini də öz üzərinə götürür. Bildirilib ki, yanvarın 17-də Slovakiyadan bu ölkəyə təxminən 90 min avro dəyərində 144 ton gübrə gəlib.
Bu xəbər oxucular tərəfindən 249 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed