Şrift:
Azərbaycan elektrik enerjisinin ixracını kəskin azaldıb
14.02.2024 [10:50] - İqtisadiyyat
Bu ilin yanvar ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 2 401,6 mln. kVt-saat, ixrac 116,3 mln. kVt-saat, idxal isə 19 mln. kVt-saat səviyyəsində olub.

Bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Qeyd etmək lazımdır ki, ötən ilin yanvar ayında ölkədə 2 759,8 mln. kVt-saat elektrik enerji istehsal olunub. Elektrik enerjisinin idxalı 10,8 mln. kVt-saat, ixracı isə 512,6 mln. kVt-saat təşkil edib.

Beləliklə, 2024-cü ilin yanvar ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 13%, ixracı 4,4 dəfə azalıb, idxal isə 76% artıb.

Paylaşıma əsasən, cari ilin yanvarda İstilik Elektrik Stansiyalar üzrə 2 229,3 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 77,2 mln. kVt-saat artımla 172,3 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Bu xəbər oxucular tərəfindən 345 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed