Şrift:
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixi uğura imza atıb
15.02.2024 [10:07] - Gündəm, İdman
Yığma komandamız Azərbaycan güləşi tarixində ilk dəfə Avropa Çempionatında 3 qızıl medal qazanmağa nail olub.

Bu fikirləri Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov "X" səhifəsində qeyd edib.

"Yunan-Roma güləşi üzrə Azərbaycan millisindən tarixi uğur! Yığma komandamız Azərbaycan güləşi tarixində ilk dəfə Avropa Çempionatında 3 qızıl medal qazanmağa nail olub. Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa Çempionatında Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşaraq, qızıl medala layiq görülüblər. Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) gümüş medal, Beka Kandelaki (130 kq) bürünc medal qazanıblar.

Güləşçilərimizi və məşqçilərimizi bu tarixi uğura görə təbrik edir, növbəti yarışlarda uğurlar arzu edirik!", - paylaşımda qeyd olunur.
Bu xəbər oxucular tərəfindən 353 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed