Şrift:
Daha bir güləşçimiz Avropa çempionatının qızıl medalını qazandı
15.02.2024 [10:08] - Gündəm, İdman
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

60 kiloqram çəki dərəcəsində çıxış edən Nihad Məmmədli finalda moldovalı Viktor Çiobanunu üstələyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Millinin digər üzvləri Həsrət Cəfərov (67 kiloqram) qızıl mükafat uğrunda rusiyalı Ruslan Biçurin, Ülvü Qənizadə (72 kiloqram) isə türkiyəli Səlçuk Canla qarşılaşacaq.

Qeyd edək ki, ötən gün yunan-Roma güləşçilərindən Murad Məmmədov (63 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) bürünc medalın sahibi olub. Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.
Bu xəbər oxucular tərəfindən 362 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed