Şrift:
Ermənistan hakimiyyəti Azərbaycanla sərhəddəki insidentdə əli olduğunu etiraf edib
15.02.2024 [10:08] - Siyasət
Ermənistan hakimiyyəti Azərbaycanla sərhəddəki insidentdə iştirakını etiraf edib.

Bu barədə "Rıbar" "Telegram" kanalında dərc olunan materialda deyilir.

"Dünən günortadan sonra Azərbaycanın rəsmi resursları Ermənistan tərəfinin Zəngilan rayonunda (Ermənistanın Sünik vilayəti ilə sərhəddə) atəşkəsi pozduğunu bildirib. Ermənistan hərbi polisinin mətbuat xidməti hadisə ilə bağlı araşdırma başladıldığını bildirib. Ermənistan hərbi qulluqçularının əməllərinin qanuna uyğun olmadığı müəyyən edilərsə, təqsirkarlar məsuliyyətə cəlb olunacaqlar", - materialda deyilir.

Qeyd olunduğu kimi, faktiki olaraq Ermənistan hakimiyyəti insidentdə əli olduğunu etiraf edib və öz əsgərlərini cəzalandıracağına söz verib.

"Növbəti gün isə artıq azərbaycanlılar pafosla "qisas əməliyyatı"nın başladıldığını elan edərək Nerkin-And kəndini atəşə tutub. Nəticədə dörd erməni hərbçi ölüb, daha 8-i yaralanıb. Ermənistanın Xarici İşlər Nazirliyi buna azərbaycanlı həmkarlarını qınamaqla cavab verdi və onları sülh danışıqlarına qayıtmağa çağırdı. Bir az sonra Azərbaycanın Müdafiə Nazirliyi hətta Çinarlının atəşə tutulduğunu bildirsə də, bu barədə məlumatın davamı gəlmədi.

Ermənistan rəhbərliyinin hər hansı adekvat reaksiyasının olmaması heç də təəccüblü deyil. Daha da gülməli olan hətta bu vəziyyətdə də erməni rusofobların baş verənlərdə guya Avropa İttifaqının "ədalətli" müşahidəçilərini buraxmayan Rusiya hərbçilərini günahlandırması oldu. Deyəsən, Ermənistanda avqust ayında Aİ-də analoji insidentə verilən reaksiyanı unudublar", - məqalədə deyilir.

Qeyd edək ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.

Bundan əlavə, fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib.

Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

"Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur. Ermənistantərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəkdir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - deyə məlumatda qeyd olunub.
Bu xəbər oxucular tərəfindən 320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed