Şrift:
Xəzər dənizində Rusiyanın sərnişin gəmisi batıb
16.02.2024 [11:09] - Hadisə
Xəzər dənizində Rusiyanın kiçik gəmisi batıb.

Bu barədə TASS Rusiyanın İstintaq Komitəsinə istinadən məlumat yayıb.

Göyərtəsində iki sərnişin və bir kapitanın olduğu gəmidə iki nəfər itkin düşüb.

"İlkin məlumata görə, Xəzər dənizi akvatoriyasında gəmi əlverişsiz hava şəraiti səbəbindən sahil xəttindən təxminən 7 km məsafədə hərəkət zamanı dalğanın təsirindən çevrilib və göyərtədə olan bütün şəxslər suya düşüb. Üç saatdan çox soyuq suda qaldıqdan sonra iki kişi itkin düşüb", - məlumatda deyiilir.

Bildirilib ki, daha bir nəfər qayıqla sahilə çıxarılıb. O, xəstəxanaya yerləşdirilib.

Hazırda itkin düşənlərin axtarışı davam edir.
Bu xəbər oxucular tərəfindən 3071 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed