Şrift:
Türkiyə lazer silahı hazırlayıb
19.02.2024 [09:55] - Türk dünyası-Turan
Türkiyənin ROKETSAN şirkəti süni intellektdən istifadə edərək ALKA (yönləndirilmiş enerji silah sistemi) lazer silahı hazırlayıb.

ALKA süni intellekt arxitekturası ilə hazırlanmış innovativ silah sistemidir. Belə ki, asimmetrik təhlükələrə qarşı elektromaqnit və lazer texnologiyalarından istifadə edən hibrid hava hücumundan müdafiə sistemidir.

Bu silah növü zirehli maşınlara və stasionar obyektlərə quraşdırıla bilər, o, əsasən pilotsuz təyyarələrin məhv edilməsi, həmçinin minaların və əldəqayırma partlayıcı qurğuların uzaqdan partladılması üçün nəzərdə tutulub.

Silah üçün maksimal məsafə 4 km, dronun effektiv məhvetmə məsafəsi 1 km-ə qədərdir.
Bu xəbər oxucular tərəfindən 943 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed