Şrift:
Azərbaycanın daha 4 güləşçisi medal qazanıb
19.02.2024 [09:55] - Gündəm, İdman
Azərbaycanın daha dörd sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Yarışın sonuncu günündə Nurəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq) və Georgi Meşvildişvili (125 kq) üçüncü yeri tutublar.

Qeyd edək ki, Azərbaycan millisi hazırkı Avropa çempionatında indiyədək ümumilikdə 16 medal qazanıb.
Bu xəbər oxucular tərəfindən 361 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed