Şrift:
Ötən il Bakıda yeni açılmış iş yerlərinin sayı açıqlanıb
20.02.2024 [10:41] - Gündəm, Sosial
2023-cü ildə Bakı şəhərində 65 553 ədəd yeni iş yerləri yaradılıb.

2022-ci illə müqayisədə bu göstəricinin həcmi 14.7% artıb. Belə ki, 2022-ci il ərzində Bakıda 57 136 ədəd yeni iş yeləri açılmışdı.

Qeyd edək ki, 2023-cü il ərzində Bakıda mövcud müəssisə və təşkilatlarda 53 330 ədəd yeni iş yeri, yeni müəssisə və təşkilatlarda isə 3311 ədəd yeni iş yeri açılıb.

Xatırladaq ki, ötən il Bakıda 13 116 yeni müəssisə və təşkilat, 23 305 yeni fərdi sahibkarlıq subyekti yaradılıb. Əvvəlki illə müqayisədə yeni yaradılan müəssisə və təşkilatların sayı 3.8%, yeni yaradılmış fərdi sahibkarlıq subyektlərinin sayı isə 11.7% azalıb.
Bu xəbər oxucular tərəfindən 2450 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed