Şrift:
Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçirilir
22.02.2024 [10:30] - Xəbərlər, Gündəm, Siyasət
Fevralın 22-də Bakının ev sahibliyi etdiyi Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası keçirilir.

“Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş sessiyada 40-a yaxın dövlətin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin parlamentinin spikeri təmsil olunur.

Plenar sessiyanın gündəliyinə Büronun seçilməsi, sədrliyin Azərbaycana verilməsinin təsdiqlənməsi, İcraedici Şuranın sədrinin hesabat məruzəsi, APA-nın növbəti vitse-prezidentlərinin namizədliyinin təsdiqi, APA-da müşahidəçi statusunun təqdim edilməsi və digər məsələlər daxildir.

Qeyd edək ki, 2023-cü ilin noyabrında APA-nın İcraedici Şurasının Türkiyənin Antalya şəhərində keçirilən sessiyasında Azərbaycan qurumun 2024-2025-ci illər üzrə sədri seçilib.
Bu xəbər oxucular tərəfindən 428 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed