Şrift:
“Qarabağ” 1/8 finalın bir addımlığında - Tarixi şans
22.02.2024 [10:35] - Gündəm, İdman
Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

Ağdam klubu Avropa Liqasının pley-off mərhələsinin cavab matçına çıxacaq.

Qurban Qurbanovun yetirmələri Bakıda “Braqa”nı qəbul edəcək. Portuqaliyada 4:2 hesablı qələbə qazanan “Qarabağ” 1/8 finala adlamaq üçün üstünlüyünü qorumalıdır. Tarixi şansdan yararlanmağa çalışacaq ağdamlılar bunu bacarsa, avrokuboklarda 16 güclüsü sırasına düşən ilk Azərbaycan klubu olacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkü sabah atılacaq. Pley-offun qalibi olan 8 komanda qrup mərhələsində 1-ci yeri tutanlarla qarşılaşacaq.

Avropa Liqası
Pley-off, cavab oyunu

22 fevral

Ətraflı
21:45. “Qarabağ” – “Braqa”

Baş hakim: Georgi Kabakov (Bolqarıstan)

Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun - 4:2
Bu xəbər oxucular tərəfindən 414 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed