Şrift:
Avropa Liqasında 1/8 finalın bütün iştirakçıları bəlli olub, “Qalatasaray” mübarizəni dayandırıb
23.02.2024 [10:10] - İdman
Cavab oyunlarından 1/8 finala vəsiqə qazanan 8 komanda bəlli olub.

Türkiyədəki ilk matçda Praqa "Sparta"sına 3:2 hesabı ilə qalib gələn "Qalatasaray" səfərdə eyni uğuru təkrarlaya bilməyib. Rəqibinə 1:3 hesabı ilə uduzan "Cim-Bom" avrokuboklarla vidalaşıb.

"Sparta" ilə yanaşı, "Qarabağ", İtaliyanın "Milan", Portuqaliyanın "Benfika" və "Sportinq", Almaniyanın "Frayburq", Fransanın "Marsel" və İtaliyanın "Roma" klubları 1/8 finala yüksəliblər. Bu komandalar növbəti raundda İtaliyanın "Atalanta", İngiltərənin "Brayton", "Liverpul" və "Vest Hem", Almaniyanın "Bayer", Şotlandiyanın "Reyncers", Çexiyanın "Slaviya" (Praqa) və İspaniyanın "Vilyarreal" kollektivlərinə qoşulacaqlar.
Bu xəbər oxucular tərəfindən 390 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed