Şrift:
Türkiyə Hərbi Hava Qüvvələrinə ilk yerli beşinci nəsil döyüş təyyarələri təhvil veriləcək
23.02.2024 [10:13] - Türk dünyası-Turan
Türkiyənin istehsal etdiyi beşinci nəsil hərbi təyyarələrin 2028-ci ildə döyüş növbətçiliyinə təhvil verilməsi planlaşdırılır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dənizli əyalətinin cənub-qərbində hakim Ədalət və İnkişaf Partiyasının mitinqində deyib.

Onun sözlərinə görə, beşinci nəsil təyyarənin işlənib hazırlanması prosesi Türkiyədə təxminən 15 ildir davam edir və hazırda KAAN təyyarəsinin uçuş sınaqlarının başlanmasını nəzərdə tutan kritik mərhələ arxada qalıb. “Döyüş təyyarəsinin ilk uçuşu uğurla başa çatıb. İlk KAAN təyyarələrini 2028-ci ilin sonuna qədər Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verməyi planlaşdırırıq”, - deyə Türkiyə rəhbəri bildirib.
Bu xəbər oxucular tərəfindən 933 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed