Şrift:
BMT sistemində islahatların aparılmasına ehtiyac var
23.02.2024 [10:14] - Türk dünyası-Turan
BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zəruridir.

Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Rio-de-Janeyroda keçirilən "İyirmilər Qrupu"nun nazirlər toplantısı çərçivəsində “Qlobal İdarəetmə İslahatı” adlı sessiyada çıxışı zamanı deyib.

H.Fidan vurğulayıb ki, çoxqütblü yeni dünya düzənində geosiyasi gərginliyi aradan qaldırmaq üçün güclü çoxtərəfli institutlar və effektiv qlobal idarəetmə mexanizmlərin qurulmasına ehityac var.

Lazım olan dəyişikliyin həyata keçirilməsinin vacib olduğunu qeyd edən nazir bunun üçün BMT Təhlükəsizlik Şurasında aparılması zəruridir.

Bundan əlavə, nazir beynəlxalq maliyyə sisteminin hdaha şəffaf və davamlı olması lazım olduğuna diqqət çəkib. H.Fidan beynəlxalq hüququn parametrlərinə əsaslanan daha demokratik, hesabatlı BMT sisteminin lazım olduğunu qeyd edib.
Bu xəbər oxucular tərəfindən 1011 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed