Şrift:
“Doha Ekspo 2023”də Azərbaycanın Milli Günü təşkil olunub
23.02.2024 [10:19] - Gündəm
Fevralın 22-də Qətərdə “Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisində (International Horticultural Expo 2023 Doha) Azərbaycanın Milli Günü keçirilib.

2023-cü il oktyabrın 2-də başlayan və bu il martın 28-dək fəaliyyət göstərəcək “Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisi “Yaşıl səhra, daha yaxşı ətraf mühit” (Green Desert, Better Environment) mövzusunda təşkil edilib. Məqsəd davamlı innovasiyaları təşviq etmək və səhralaşma ilə mübarizə aparmaqdır. “Doha Ekspo”da fəaliyyət göstərən pavilyonlar sırasında Heydər Əliyev Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan Azərbaycan pavilyonu da yer alıb.

“Doha Ekspo”da təşkil olunan Milli Gün çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətərin dövlət naziri Həməd bin Abdulaziz Al-Kuvari, bu ölkənin mədəniyyət naziri Şeyx Abdülrəhman bin Həməd Al Tani, bələdiyyə naziri Abdullah bin Həməd bin Abdullah Al Atiyya, “Doha Ekspo 2023”ün Baş komissarı Bader bin Omar Al Dafa ilə görüşdə ölkəmizin Ekspo sərgilərindəki təcrübəsi, eləcə də “Doha Ekspo 2023”də uğurlu iştirakı barədə müzakirələr aparıb.
Bu xəbər oxucular tərəfindən 176 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed