Şrift:
Antalya Diplomatiya Forumu keçiriləcək - Mirzoyan da qatılacaq
27.02.2024 [10:49] - Gündəm, Siyasət
Martın 1-3-ü tarixlərində Türkiyədə III Antalya Diplomatiya Forumu keçiriləcək.

Foruma Azərbaycandan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov, xarici işlər naziri Ceyhun Bayramov, energetika nazirinin müavini Kamal Abbasov, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Milli Məclisin deputatı Tural Gəncəliyev qatılacaq.

Foruma, həmçinin, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da qatılacaq. Onun bu məqsədlə martın 1-də Türkiyəyə səfəri gözlənilir.
Bu xəbər oxucular tərəfindən 362 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed