Şrift:
Ceyhun Bayramov Ermənistanla danışıqlar üçün Almaniyaya getdi
28.02.2024 [10:25] - Xəbərlər, Gündəm, Siyasət
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.

Bu barədə Xarici işlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, səfər çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundunun, habelə Almaniyanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 505 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed