Şrift:
Ukrayna gün ərzində Rusiyanın ikinci Su-34 qırıcısını vurub
28.02.2024 [10:28] - Gündəm
Ukrayna Hava Qüvvələri gün ərzində Rusiyanın ikinci Su-34 qırıcı-bombardmançı təyyarəsini vurub.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşuk "Telegram"da məlumat verib.

Oleşuk vurulan Rusiya təyyarəsinin fotosunu paylaşıb.

Hərbi Hava Qüvvələrinin komandanı səhər saatlarında da Ukraynanın şərqində Rusiyaya məxsus Su-34-ün vurulduğu barədə məlumat vermişdi.
Bu xəbər oxucular tərəfindən 386 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed