Şrift:
Ermənistan Rusiyaya nota verdi
29.02.2024 [11:56] - Gündəm, Siyasət
Ermənistan Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası göndərib.

Bunu Ermənistanın yüksək texnologiyalar naziri Mxitar Ayrapetyan bildirib.

Etiraz notasına səbəb kimi Rusiyanın televiziya yayımı standartlarını pozduğu göstərilib.

“Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlığa dair dövlətlərarası saziş, çox güman ki, təkmilləşdirilməlidir və ya redaktə edilməlidir. İki ölkənin səlahiyyətli rəsmiləri arasında müzakirələrdən iki ay sonra yenidən qanun pozuntusu qeydə alınıb”, - nazir vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 494 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed