Şrift:
Lavrov Türkiyəyə səfərə gəlib
01.03.2024 [10:59] - Gündəm
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumunda iştirak edəcəyi Türkiyəyə gəlib.

Rusiya XİN rəhbərinin təyyarəsi Antalya hava limanına enib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirilən brifinqdə deyib ki, S.Lavrov tədbir çərçivəsində türkiyəli həmkarı Hakan Fidan ilə danışıqlar aparacaq.

Nazirlərin geniş spektrli məsələləri, ilk növbədə qarşılıqlı maraq doğuran sahələrdə - ticarət, enerji, təhlükəsizlik, bank işi, turizm sahələrində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə edəcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 348 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed