Şrift:
İranda bu gün parlament və Ekspertlər Məclisinə seçkilər keçirilir
01.03.2024 [11:01] - Siyasət
İranda bu gün 12-ci çağırış parlamenti və 6-cı çağırış Ekspertlər Məclisinə seçkilər keçirilir.

Seçkilər yerli vaxtla saat 08:00-da başlanıb.

Seçkilərdə təxminən 61,2 milyon (61 172 298) nəfərin səsvermə hüququ olduğu bildirilir.

İran parlamentində 290 deputat mandatı uğrunda 15,2 min nəfər rəqabət aparacaq. Hazırda bu məclisin sədri Məhəmməd Qalibafdır.

Ekspertlər Məclisi İranın Ali Liderinin təyin olunması, kənarlaşdırlması və fəaliyyətinə nəzarət edən məclisdir. Ekspertlər Məclisində 88 yer uğrunda 144 namizəd rəqabət aparacaq. Hazırda bu məclisin sədri Əhməd Cənnətidir.
Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed