Şrift:
Azərbaycanda bu ay 16 gün iş OLMAYACAQ
01.03.2024 [11:01] - Gündəm, Bildiriş
Bu gündən bayramlar ayı sayılan mart daxil olub.

Ölkədə martda 16 gün iş olmayacaq.

Qeyd edək ki, 8 Mart Beynəlxalq Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart tarixləri isə Novruz bayramı günləridir. Beləliklə, bu ay bayram, şənbə və bazar günləri də daxil olmaqla ümumilikdə 16 gün iş olmayacaq.

Bundan başqa, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 23-24 mart şənbə-bazara təsadüf etdiyindən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 25 və 26 mart tarixləri də qeyri-iş günləridir.
Bu xəbər oxucular tərəfindən 1219 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed