Şrift:
Xankəndi - Bakı ultramarafonunda ikinci mərhələyə start verilib
01.03.2024 [11:03] - İdman
Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Azərbaycan Atletika Federasiyası ilə birgə keçirdiyi Xankəndi - Bakı ultramarafonunun ikinci mərhələsinə start verilib.

Atletlər ikinci günə Yevlaxda başlayıblar.

“Qürurla irəli” şüarı ilə təşkil olunan marafonun ikinci mərhələsində iştirakçılar Yevlaxdan Ucara qədər məsafə qət edəcəklər. Atletlər 84 km qaçmaqda ən yaxşıları müəyyənləşdirəcəklər.

İdmançılar Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də paytaxta çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Qeyd edək ki, ultramarafonda ümumilikdə 64 idmançı mübarizə aparır. Onlar arasında Türkiyə, Meksika və Moldova təmsilçiləri də var.
Bu xəbər oxucular tərəfindən 615 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed