Şrift:
https://mdhp.az/index.php?newsid=3020
04.03.2024 [10:31] - Türk dünyası-Turan
Türkiyənin xarici işlər naziri Hakan Fidan və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatiya Forumu çərçivəsində Qafqazda sülh prosesini müzakirə ediblər.

Bu barədə Türkiyə mətbuatına istinadən xəbər veririk.

"Görüş zamanı Qafqazdakı sülh prosesi, Qara dənizdə və Suriyada baş verənlər müzakirə mövzusu oldu", - Hakan Fidan bildirib.

Nazir qeyd edib ki, bu il Antalya Diplomatiya Forumuna 148 ölkədən 4700 nəfər qatılıb. Forumda 19 dövlət və hökumət başçısı, 2 xüsusi administrasiya rəhbəri və 52 xarici işlər naziri iştirak edib.

Diqqətə çatdırılıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan forumda 11 dövlət və hökumət başçısı ilə görüşüb, Hakan Fidan isə 32 həmkarı ilə ikitərəfli görüşlər keçirib.
Bu xəbər oxucular tərəfindən 412 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed