Şrift:
Azərbaycan güləşçiləri Türkiyədə keçiriləcək turnirdə mübarizə aparacaqlar
07.03.2024 [10:51] - İdman
Azərbaycan güləşçiləri Türkiyənin Antalya şəhərində keçiriləcək “Yaşar Doğu və Vehbi Əmrə” turnirində iştirak edəcəklər.

Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, yarışın ilk günündə mübarizə aparacaq yunan-Roma güləşi üzrə milliyə məşqçilər Kamran Məmmədovla Zöhrab Abbasov rəhbərlik edəcək. Yığmanın heyətində ilk iki gündə Fərid Sadıxlı, Tural Mehtiyev (hər ikisi 55 kiloqram), Nihad Quluzadə, Elmir Əliyev, İlkin Qurbanov (hamısı 60 kiloqram), Ziya Babaşov (63 kiloqram), Urfan Həsənli (72 kiloqram), Tuncay Vəzirzadə (82 kiloqram) və Laçın Vəliyev (87 kiloqram) xalçaya çıxacaq.

Turnirin son iki günündə Taymuraz Kokoyevlə Əşrəf Əliyevin başçılıq edəcəyi sərbəst güləşçilər mübarizə aparacaqlar. Heyətdə Ceyhun Allahverdiyev (61 kiloqram), Zirəddin Bayramov, Murad Haqverdiyev, Musa Ağayev (hamısı 65 kiloqram), Maqomed-Başir Xaniyev, Sabir Cəfərov (hər ikisi 70 kiloqram), Cəbrayıl Qadjiyev, Murad Yevloyev (hər ikisi 74 kiloqram), Əşrəf Aşırov, Ramiz Həsənov (hər ikisi 79 kiloqram), Şamil Zubairov, Abdulcəlil Şabanov (hər ikisi 92 kiloqram) və Qadjimurad Maqomedsaidov (97 kiloqram) yer alıb.

Yarışda beynəlxalq dərəcəli hakimlərimizdən Əli Babayev və Elgün Məmmədov ədaləti qoruyacaq.

Qeyd edək ki, yarışa martın 10-da yekun vurulacaq.
Bu xəbər oxucular tərəfindən 710 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed