Şrift:
Yunanıstan ilə siyasi dialoq iclası keçiriləcək - Türkiyə XİN
11.03.2024 [10:15] - Türk dünyası-Turan
Yunanıstan ilə siyasi dialoq iclası keçiriləcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

"Xarici işlər nazirinin müavini Burak Akçapar və Yunanıstan xarici işlər nazirinin müavini səfir Alexandra Papadopulou sabah Ankarada məsləhətləşmələr aparacaq" - deyə açıqlamada qeyd edilib.

Görüş zamanı ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Qeyd edilib ki, keçiriləcək görüş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 7 dekabr 2023-cü ildə Yunanıstana səfəri zamanı imzalanmış Afina Bəyannaməsinin davamıdır.
Bu xəbər oxucular tərəfindən 1084 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed