Şrift:
Azərbaycan millisi irəliləyəcək
11.03.2024 [10:59] - İdman
Milli komandaların FİFA reytinqi ilə bağlı ehtimallar cədvəli açıqlanıb.

Beynəlxalq ekspertlər bu ay keçiriləcək oyunların gözlənilən nəticələrinə əsasən, yeni siyahı ilə bağlı proqnoz hazırlayıb.

Ehtimallar cədvəlində Azərbaycan millisi bir pillə irəliləyib. 1182,78 xalı olacağı gözlənilən yığmamız 112-ci sırada qərarlaşacaq. Buna komandamızın Monqolustan və Bolqarıstanla görüşləri səbəb olacaq.

Əgər ehtimallar doğrulsa, millimiz Keniya və Konqonu keçəcək. Əvəzində Hindistan yığmamızı geridə qoyacaq.

Qeyd edək ki, millimiz martın 22-də Monqolustan, üç gün sonra Bolqarıstanla üz-üzə gələcək.
Bu xəbər oxucular tərəfindən 743 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed