Şrift:
“İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda III beynəlxalq simpozium təşkil olunacaq
12.03.2024 [10:40] - İslam dini
Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Sunan Kalijaga Dövlət İslam Universiteti (İndoneziya), Kırıkkale Universitetinin (Türkiyə) İslam elmləri fakültəsi və İslam Ölkələri Tətbiq və Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə mayın 28-30 İndoneziyanın Cokyakarta şəhərində “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda III beynəlxalq simpozium keçiriləcək.

Simpozium “Cəmiyyət”, “Təhsil”, “İslam-islamiyyət” mövzuları üzrə təşkil olunacaq. Tədbirdə “İslam mədəniyyətində birgəyaşayış prinsipinin konseptual çərçivəsi”, “Müsəlman təfəkküründə cəmiyyət anlayışları”, “Qloballaşmanın birgəyaşayışa təsiri” (irqçilik, gender ayrı-seçkiliyi, zorakılıq, gəlirlərin qeyri-bərabər bölgüsü), “İncəsənətin ictimai şüurun formalaşmasına təsiri”, “Təhsil proqramı və birgəyaşayış mədəniyyəti” (məktəbəqədər, ibtidai, orta, ali təhsil dövrləri), “Rasional və elmi əsaslara uyğun bilik formalaşdırılması” mövzuları müzakirə ediləcək. Həmçinin “Məktəblərdə din təhsilinin birgəyaşayışa töhfəsi”, “Fərqli elm sahələrində birgəyaşayış təcrübəsi”, “İndoneziyada din təhsili”, “İslamın birləşdirici xüsusiyyəti və məzhəblər”, “Siyasi və etiqadi İslam məzhəblərinin birgəyaşayış mədəniyyətinə töhfələri”, “Quranda birgəyaşayışın əhəmiyyəti”, “Hədis ədəbiyyatında birgəyaşayışın vurğulanması”, “İslam ədəbiyyatının cəmiyyətlərarası inteqrasiyaya təsiri” (fundamental mətnlər, şairlər, ozanlar), “İndoneziyada İslam və digər dinlərin nümayəndələri ilə münasibətlər” və s. mövzular üzrə müzakirələr aparılacaq.
Bu xəbər oxucular tərəfindən 2057 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed