Şrift:
Ərdoğan Türkiyədə bələdiyyə seçkilərindən sonra Putinin səfərinə ümid edir
13.03.2024 [10:12] - Gündəm, Türk dünyası-Turan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə bələdiyyə seçkilərindən sonra Rusiya prezidenti Vladimir Putinin səfərinə ümid edir.

Bu barədə Ərdoğan Ramazan ayı zamanı iftar süfrəsində deyib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə Qara dənizdə qonşuları ilə dialoqu davam etdirir.

"Ötən cümə İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul etdik. Seçkilərdən sonra [Türkiyədə] Rusiya prezidenti Vladimir Putini qəbul etməyi planlaşdırırıq", - deyə Türkiyə prezidenti bildirib.
Bu xəbər oxucular tərəfindən 1074 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed