Şrift:
Qara dəniz ölkələrinin turizm əməkdaşlığı müzakirə edilib
02.11.2011 [16:12] - İqtisadiyyat
Rusiyanın Krasnodar vilayətinin Gəlincik şəhərində Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizm üzrə işçi qrupunun “Qara dəniz regionunda turizm infrastrukturunun inkişafı” mövzusuna həsr olunmuş növbəti 6-cı toplantısı keçirilib.

Tədbirdə ölkəmizi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun böyük məsləhətçisi Kəmalə Həsənova, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev təmsil ediblər.

Plenar iclasda Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev “Azərbaycanın turizm potensialı və sərmayə imkanları: turizm regionlarının vəziyyəti və inkişaf perspektivləri” mövzusunda çıxış edib. ATİ-nin rektoru, professor Cəfər Cəfərov ölkəmizdə turizm sənayesi üçün ixtisaslı kadr hazırlığını həyata keçirən əsas təhsil ocağı olması səbəbindən plenar iclasın gündəliyindəki çıxışında “Azərbaycanda turizm sənayesi üçün kadr hazırlığı, bu sahədə görülən və görüləcək işlər: perspektivlər” mövzusunu ehtiva edən məsələlərə aydınlıq gətirib. Eyni zamanda ATİ ilə tələbə mübadiləsi sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 1318 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed