Şrift:
Bayramda Bakı–Qəbələ–Bakı marşrutu üzrə xəttə əlavə qatar reysləri təyin edilib
14.03.2024 [10:12] - Bildiriş
Novruz bayramında Bakı–Qəbələ–Bakı marşrutu üzrə xəttə əlavə 10 qatar reysi təyin edilib.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarlar hər gün hərəkət edəcək.

Belə ki, 20-26 mart tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarı hər gün saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından Bakıya yola düşəcək.

Səfərlər müasir "Stadler" qatarları ilə həyata keçiriləcək.

Qeyd edək ki, hazırda Bakı–Qəbələ–Bakı sürətli sərnişin qatarı həftənin şənbə və bazar günləri hər iki istiqamət üzrə hərəkət edir.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.
Bu xəbər oxucular tərəfindən 1300 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed