Şrift:
“Mançester Yunayted” yarımfinala yüksəlib
18.03.2024 [10:26] - Gündəm, İdman
İngiltərə Federasiya Kubokunda yarımfinala vəsiqə qazanan son iki komandanın adına aydınlıq gəlib.

1/4 final mərhələsinin ən maraqlı oyunu “Mançester Yunayted” – “Liverpul” komandaları arasında reallaşıb. Əlavə vaxta gedən matç "qırmızı-şeytanlar"ın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Mançester təmsilçisi yarımfinala vəsiqə qazanıb
Günün digər oyununda "Çelsi" "Lester Siti"ni 4:2 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.

Qeyd edək ki, daha əvvəl "Mançester Siti" və "Koventri Siti" komandaları yarımfinala yüksəliblər.
Bu xəbər oxucular tərəfindən 810 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed