Şrift:
Azərbaycan komandası Fransada bədii gimnastika üzrə Qran-pridə qızıl medal qazanıb
01.04.2024 [11:09] - Gündəm, İdman
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransada uğurlu çıxış edib.

Fransanın Tiye şəhərində keçirilən bədii gimnastika üzrə 35-ci Beynəlxalq Qran-pri yarışında qrup hərəkətləri üzrə milli komandamızın üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova 5 halqa ilə hərəkətlərin icrasında qızıl medal qazanıb.

Qeyd edək ki, martın 30-dan 31-dək Fransanın Tiye şəhərində bədii gimnastika üzrə Beynəlxalq Qran-pri keçirilir.
Bu xəbər oxucular tərəfindən 607 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed