Şrift:
Ərdoğan Niderlandın baş nazirinə NATO baş katibi ilə bağlı gözləntilərini çatdırıb
01.04.2024 [11:11] - Gündəm, Türk dünyası-Turan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO baş katibi postuna namizədliyini irəli sürən Niderlandın baş naziri vəzifəsini icra edən Mark Rutte ilə telefonla danışıb.

Bu barədə Türkiyə Prezident Administrasiyasından məlumat verilib.

Məlumata görə, Ərdoğan M.Rutteyə Türkiyənin alyansın gələcək rəhbərliyi ilə bağlı müəyyən gözləntilərini bildirib.

Bildirilir ki, telefon danışığı zamanı Türkiyə ilə Hollandiya arasında ikitərəfli əlaqələr, həmçinin NATO-nun yeni baş katibinin seçilməsi prosesi müzakirə olunub.

Bu gözləntilər arasında Türkiyə prezidenti “terrorizm və digər təhdidlərlə mübarizədə NATO üzvlərinin təhlükəsizliyinin və maraqlarının səmərəli şəkildə qorunmasını, alyansın birliyinin gücləndirilməsini, prioritetlərin müəyyən edilməsini” və və yeni baş katibin "NATO-nun əsas prinsiplərini dəstəkləmək üçün etibarlı öhdəlik götürəcəyini" qeyd edib.
Bu xəbər oxucular tərəfindən 1174 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed