Şrift:
"Real Madrid” doğma meydanda qəzəbə qazanıb
01.04.2024 [11:12] - İdman
Futbol üzrə İspaniya La Liqasında 30-cu turun növbəti oyunları keçirilib.

"Real Madrid" doğma meydanda "Atletik Bilbao" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 8-ci və 73-cü dəqiqələrdə Rodriqo vurub.

Günün digər oyunlarında "Real Sosyedad" "Alaves"ə 1:0, "Jirona" "Real Betis"ə 3:2 hesabı ilə qalib gəlib. "Selta Viqo" - "Rayo Valyekano" görüşündə isə qapılara qol vurulmayıb.

Bu nəticədən sonra "Real Madrid" 75 xalla turnir cədvəlinə başçılıq edir. "Barselona" 67 xalla ikinci, "Jirona" isə 65 xalla üçüncü pillədə qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 609 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed