Şrift:
ABŞ-ın daimi nümayəndəsi NATO görüşündə Cənubi Qafqazla bağlı müzakirələr barədə danışıb
03.04.2024 [10:33] - Siyasət
Formal olaraq Cənubi Qafqaz məsələsi NATO-nun qarşıdan gələn nazirlər görüşünün gündəliyində deyil.

Bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi, səfir Culianna Smit onlayn brifinq zamanı deyib.

"NATO-nun nazirlər görüşü çərçivəsində Cənubi Qafqaz məsələsinin müzakirə edilib-edilməməsinə gəlincə, bunun gündəliyin formal hissəsi olacağını düşünmürəm. Amma görək bu məsələ qarşıdakı iki gün ərzində müzakirələrimiz çərçivəsində qaldırılacaqmı?", - deyə o bildirib.

C.Smit qeyd edib ki, NATO-nun dünya üzrə tərəfdaşları ilə müzakirə etdiyi bir sıra mövzular var.

"Qafqazdakı dostlarımız Alyansla tərəfdaşlığımızı yüksək qiymətləndirirlər. Mən şübhə etmirəm ki, NATO müttəfiqləri də bu tərəfdaşlıqları yüksək qiymətləndirirlər", - deyə o əlavə edib.

Qeyd edək ki, NATO ölkələrinin xarici işlər nazirləri aprelin 3-4-də təşkilatın Brüsseldəki mənzil-qərargahında ikigünlük müşavirə keçirəcəklər. Bu görüş 1949-cu il aprelin 4-də Vaşinqtonda blokun yaradılmasından 75 il sonra baş tutacaq.

Müşavirəyə NATO-nun baş katibi Yens Stoltenberq sədrlik edəcək.
Bu xəbər oxucular tərəfindən 488 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed