Şrift:
NASA Floridada evə düşən sirli “kosmik obyekti” araşdırır
04.04.2024 [11:12] - Gündəm, İdman
Portuqaliyanın Gimrayanş şəhərində böyüklər və gənclər arasında tamblinq, batut və ikili mini-batut gimnastikası üzrə Avropa çempionatı start götürüb.

Turnirin ilk günündə Azərbaycan tamblinqçiləri uğurlu çıxış ediblər.

Yığmanın üzvləri Mixail Malkin və Tofiq Əliyev yüksək nəticə ilə adlarını finala yazdırıblar. Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanovdan ibarət heyət komanda yarışlarında finala vəsiqə qazanıb.

Batut gimnastikası üzrə milli komandamızın üzvü Əli Niftəliyev isə yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Avropa çempionatına aprelin 7-də yekun vurulacaq.
Bu xəbər oxucular tərəfindən 636 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed