Şrift:
Türkiyə Superliqası: “Beşiktaş” xal itirib
05.04.2024 [10:41] - İdman
Futbol üzrə Türkiyə Superliqasında 31-ci tura yekun vurulub.

Son oyun günündə iki matç keçirilib. "Beşiktaş" səfərdə "Başakşəhər"in qonağı olub. Görüş qollu heç-heçə ilə yekunlaşıb - 1:1.

Günün digər oyunu olan "Samsunspor" - Pendikspor" matçı da bərabərliklə bitib - 0:0.

Qeyd edək ki, turnir cədvəlinə 84 xalla "Qalatasaray" başçılıq edir. "Fənərbağça" 82 xalla ikinci, "Trabzonspor" isə 52 xalla üçüncü pillədə qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 568 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed