Şrift:
İsrail Livana hücum edib, Hizbullahın komandirlərindən biri öldürülüb
08.04.2024 [10:21] - Siyasət
Ötən gecə İsrail hərbi aviasiyasının Livana aviazərbələri nəticəsində Hizbullah terror təşkilatının yüksək rütbəli komandiri öldürülüb.

Bildirilib ki, adı açıqlanmayan bu şəxs təşkilatın Livandakı “Əl-Rədvan” qruplaşmasına rəhbərlik edib. Xəbərdə həmçinin onunla birlikdə daha iki səhra komandirinin zərərsizləşdirildiyi bildirilib.

Sutka ərzində baş verən döyüşlərdə digər terrorçu qrupların 53 üzvü daxil olmaqla, 60 nəfərə yaxın dinc sakin, eləcə də Livan ordusunun bir əsgəri də həlak olub.

Ölənlərdən üçünün media nümayəndəsi olduğu bildirilir.

Fərid Azəri
Bu xəbər oxucular tərəfindən 378 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed