Şrift:
Boksçumuz Avropa birinciliyində 1/4 finala vəsiqə qazanıb
09.04.2024 [10:00] - İdman
Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir.

Yarışın beşinci günündə Azərbaycan millisinin daha bir idmançısı ilk görüşünü qələbə ilə başa vurub.

Zidan Hümbətov Cemi Kollinsdən (İrlandiya) güclü olub. 51 kq çəkidə mübarizə aparan yığma üzvü ilk 2 raundda qələbə qazanıb. Üçüncü raundda isə hakim rəqibini diskvalifikasiya edib və Hümbətov 1/4 finala yüksəlib.

Zidan növbəti qarşılaşmasını aprelin 11-də Safari Mohammad Rizaya (İngiltərə) qarşı keçirəcək.

Abbasqulu Şadlinski (67 kq) isə 1/8 finalda Arturs Vayslaya (Latviya) uduzub.

Qeyd edək ki, Avropa birinciliyinə aprelin 14-də yekun vurulacaq.
Bu xəbər oxucular tərəfindən 525 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed